Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsullar ixrac edir

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsullar ixrac edir
Oxunma sayı: 1635

“Azərbaycanın 2017-ci ilin 11 ayı ərzində xaricə ixra etdiyi hərbi məhsulların həcmi kooperasiya nəzərə alınmaqla 2,7 dəfə artıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.    

Y.Camalov bildirib ki, ölkə sənayesinin dayanıqlı inkişafının təmin edilməsinin əsas istiqamətlərindən olan ixrac potensialının genişləndirilməsi və idxalın yerli istehsalla əvəzlənməsi üzrə nazirlikdə məqsədyönlü işlərə başlanılıb.

Belə ki, artıq nazirliyin müəssisələri beynəlxalq bazarlara çıxaraq müxtəlif tenderlərin qalibi olublar:

“Bu da öz növbəsində istehsal olunan məmulatların keyfiyyətini və beynəlxalq standartlara uyğunluğunu təsdiq edən əsas şərtlərdəndir. Nəticədə müxtəlif növ müdafiə təyinatlı məmulatların ixracı üzrə müqavilələr bağlanmış və icrasına başlanılıb.

Bu gün Müdafiə Sənayesi Nazirliyinin müəsisələrində yaradılan və istehsal olunan məmulatlardan müxtəlif növ döyüş sursatlarının, müasir atıcı və artilleriya silahlarının, pilotsuz uçuş aparatlarının, zirehli texnikaların və s. ixracı həyata keçirilir”.

Nazir qeyd edib ki, hazırda 10-dan çox ölkəyə Azərbaycanın istehsalı olan hərbi məhsullar ixrac edilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi