Azərbaycanlılar adətən yeni ili Gürcastan, Rusiya, Dubay və Türkiyədə keçirməyə üstünlük verirlər. Bunun da öz səbəbləri var. Turist agentlikləri hər il məhz bu ölkələrə ucuz turlar təşkil edirlər. Bundan əlavə, əksəriyyət Türkiyə və Gürcüstana getmək üçün turist agentliklərinə müraciət etmir. Səyahət planını şəxsən özlərinin qurmağı daha ucuz başa gəlir.
Azərbaycanlılar yeni ili harada keçirməyi planlaşdırır?
"Skylife" səyahət agentliyindən insanların daha çox üz tutduğu ölkələrin Türkiyə, Gürcüstan və Dubay olduğunu deyildi: "Bu ölkələrdən sonra Avropa gəlir. Biletlərin qiymətləri isə minimum 350 manatdan başlayır".
"ABDU travel" səyahət agentliyinə isə insanlar daha fərqli istəklərlə müraciət edib: "Bizə hər yerə getmək üçün müraciət edirlər. Amma daha çox Dubay və İstambula getmək istəyir insanlar. Yeni il həftəsində İstanbula bir nəfər üçün bilet 1000 manata bərabərdir. Bu həftə ərzində çox turist müraciət etdiyindən biletlər bir az bahadır".
"Avil travel" səyahət agentliyinə isə insanlar ən çox Dubay və İstambul üçün müraciət ediblər: "Bundan sonra Avropa ölkələri gəlir. Dubay turumuz üçün qiymətlər 500-700 manatdan, Avropa ölkələri üçünsə qiymət 1200-1300 manatdan başlayır".
"Globus travel" səyahət agentliyinin yeni il üçün təşkil etdiyi kompaniyalara biletlər artıq bitib: "Yeni il kampaniyaları artıq bitib. İnsanlar ən çox Dubay və Türkiyə istiqamətində səyahət edirlər. Qiymətlər isə təyyarələrin reysindən asılı olaraq dəyişir. Ən ucuz bilet 500 manat olub".
"İmprotex travel" agentliyinin də Yeni il üçün təşkil etdiyi kompaniya biletləri artıq bitib: "İnsanlar daha çox Praqaya, Dubaya, Tailanda getmək üçün müraciət ediblər. Ən çox satılan turumuz Dubay olub, onun da qiyməti adambaşına minimum 600 manatdan başlayırdı".
Britaniyanın “The Economist” dərgisinin araşdırma şöbəsi, dünyanın ən bahalı və ən ucuz şəhərlərinin siyahısını dərc edib. Yapon yeninin məzənnəsinin zəifləməsi və dünyada sürətlənən qiymət artımı, bu il Tokyonu ən bahalı şəhər edib. «Dayli Teleqraf»ın yazdığına görə Yaponiya paytaxtı əvəllər də, daha doğrusu 1992-1998-ci illərdə birinci mövqedə olub. Ən maraqlısı ondadır ki, ən bahalı şəhərlər siyasında ikinci yerdə digər Yaponiya Osaka şəhəri gəlir, üçüncü yerdə Avstraliyanın Sidney şəhəri, dördüncü yerdə isə Norveç paytaxtı Oslonun addı hallanır. Ən bahalı şəhərlər onluğuna eynilə, Melburn, Sinqapur, Sürix, Karakas, Cenevrə və Fransa paytaxt Paris də daxil edilib.
Hesabata görə, bu ilki reytinqin özəlliyi Asiya şəhərlərinin bahalı şəhərlər siyasında üstünlük təşkil etməsidir. Yaşayış və xidmət xərclərinə görə dünyanın ən ucuz şəhərlərinə isə Tehran, Ciddə, Panama, Kolombo, ƏL-Cəzair, Katmandu, Yeni Dehli, Mumbay və Karaçi aid edilir. Araşdırmada dünyanın 131 müxtəlif şəhəri üzrə statistik məlumatlardan istifadə olunub. "The Economist" dərgisinin ekspertləri 160 ayrı əmtəə məhsulu və xidmət üçün 400-dən çox qiymət arasında müqayisə aparıb, ki bura, məhsullardan əsasən, qida, içki, geyim, gündəlik məişət məhsulları, şəxsi gigiyena vasitələri, xidmətlərdən isə, kirayə pulu, nəqliyyat xərcləri, kommunal ödənişlər, özəl məktəb xərcləri, səyahət xərcləri daxildir.
Bəxtiyar Qasımov bu il yeni ili Londonda keçirmək qərarına gəlib. O, heç bir turizm agentliyinə müraciət etməyib. Daha ucuz başa gəlməsi üçün viza üçün sənədlərdən tutmuş, biletə qədər hamısını özü həll edib: "Özü də Bakıdan yox, Tiflisdən gedəcəyəm. Bileti Bakıdan alsaydım iki qat baha başa gələrdi. Ancaq mən Tiflisdən almağı üstün tutdum. Beləcə daha ucuz səyahət etmiş olacağam. Səyahətin ümumi məbləği mənə 3000 manata başa gəlib. Bura bilet, siğorta, viza, otel, Londonda bir həftə yaşamaq daxildir. Düşünürəm ki, hər hansı səyahət agentliyinə müraciət etsəydim bu məbləğ mənim üçün ikiqat artacaqdı. Üstəlik mən tək getmirəm. 2 nəfər olacağıq. Üstəlik, yeni il qabağı nə az, nə də çox, düz 3 ölkəni gəzəcəyik. Bu ölkələr Gürcastan, Türkiyə və İngiltərədir. Məncə xərclədiyimiz 3000 manata dəyər".
Avropanın ən ucuz və ən bahalı şəhərləri hansılardır?
Siyahı tərtib olunanda bu şəhərlərdəki ən ucuz otel, motellərdə sutkalıq yaşama, 3 dəfə yemək, ictimai nəqliyyatda iki dəfəlik gediş-gəliş, hər hansı muzeyin ziyarəti və yerli pivə və ya şərabın 3 porsiyasının qiyməti nəzərə alınıb.
Reytinqə görə, müstəqil səyahət üçün Avropanın ən ucuz şəhəri Bolqarıstan paytaxtı Sofiyadır. Belə ki, Sofiyada sözügedən parametrlər nəzərə alınmaqla turistin sutkalıq xərci 20,75 ABŞ dolları təşkil edir. Siyahıda ikinci yerdə Polşanın Krakov şəhəri (26,55 dollar), üçüncü yerdə isə Rumıniyanın paytaxtı Buxarest şəhəri (28,30 dollar) yer alıb. Reytinqin ilk beşliyini Macarıstanın paytaxtı Budapeşt (33,10 dollar) və Türkiyənin İstambul şəhərləri (35,77 dollar) tamamlayır. /Bizim yol qəzeti/