Azərbaycan çempionatında yeni mövsüm bu tarixdə başlayacaq

azerbaycan-cempionatinda-yeni-movsum-bu-tarixde-baslayacaq
Oxunma sayı: 1326

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün start tarixi müəyyənləşib.

“Qafqazinfo” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsüm avqustun 4-də başlanacaq.

Premyer Liqadan bir gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.

Turnirin püşkatması və digər detallar daha sonra açıqlanacaq.