Azərbaycan çempionatının yeni mövsümünün püşkü atıldı

azerbaycan-cempionatinin-yeni-movsumunun-pusku-atildi
Oxunma sayı: 1669

Minifutbol üzrə ölkə çempionatının yeni mövsümünün püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla da 16 komandanın iştirak edəcəyi və dekabrın 5-də start veriləcək yarışın təqvimi bəlli olub.

Turnirdə ilk 8 yeri tutan kollektivlər pley-of mərhələsinə vəsiqə qazanaraq qalib və mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparacaqlar.

Tədbirdə Azərbaycan Minifutbol Federasiyasının icraçı direktoru Taleh Nəsibov ilin ən yaxşı minifutbolçusu adına layiq görülən Rəvan Kərimova mükafat təqdim edib.

Qeyd edək ki, Azərbaycan çempionatının oyunları Bakı Tennis Akademiyasında keçiriləcək və “İdman TV”  vasitəsilə canlı yayımlanacaq.