“Azərbaycan divarlar deyil, yollar çəkir”

azerbaycan-divarlar-deyil-yollar-cekir
Oxunma sayı: 2795

“Diplomatik korpusla birgə Ağdam-Xankəndi magistralının və dəmir yolunun girişindəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tviter) hesabında yazıb.

Onun sözlərinə görə, magistralın gündəlik tutumu 17.000 avtomobildir: “Azərbaycan Qarabağın erməni sakinlərinin reinteqrasiyası üçün divarlar deyil, yollar çəkir, onlar isə yol blokları və maneələr qoyurlar”.