Azərbaycan klubu ölkə çempionatının oyununa çıxmaqdan imtina etdi

azerbaycan-klubu-olke-cempionatinin-oyununa-cixmaqdan-imtina-etdi
Oxunma sayı: 869

Azərbaycan 2-ci Liqasında mübarizə aparan “Sheki City” klubu çempionatın XIII turunda qarşılaşmalı olduğu “Qaradağ Lökbatan”la oyuna çıxmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məsələnin səbəbi ilə bağlı daha sonra açıqlama veriləcəyi bildirilib.

Sözügedən matç bu gün saat 14:00-da Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilməli idi.

Qeyd edək ki, “Sheki City” II Liqada 12 turdan sonra turnir cədvəlində 25 xalla dördüncü sırada qərarlaşıb.