Azərbaycan korrupsiyada ən yaxşı nəticəsini göstərdi - - 14 il sonra

azerbaycan-korrupsiyada-en-yaxsi-neticesini-gosterdi-
Oxunma sayı: 2352


“Qafqazinfo” xəbər verir ki, bu il indeksdə Azərbaycan 29  balla  175 ölkə arasında 126-cı sırada yer alıb. Indeks 100 bal (çox yaxşı) - 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. Ötən il Azərbaycan 28 balla, 177 ölkə arasında 127-ci sırada göstərilmişdi. 2014-ci il KQİ-nin hazırlanmasında ümumilikdə 12 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.

Bu il Azərbaycan 2000-ci ildə Korrupsiya Qavrama İndeksi (KQİ) hesabatına ilk dəfə daxil edildikdən bəri bu hesabatda ən yaxşı nəticəsini göstərib. Azərbaycanın indeksdə yüksəlişi əsasən ölkənin iqtisadi göstəriciləri sayəsində mümkün olub. Belə ki, Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış 2013-2014-cü illər üzrə Qlobal Rəqabətlilik Hesabatında (QRH) ölkə kifayət qədər yaxşı bal toplayıb. Azərbaycan 2012-2013-cü illərlə müqayisədə mövqeyini yaxşılaşdıraraq 144 ölkə arasında 46-cı yerdən bu il (2013-2014-cü illəri əhatə edir) 148 ölkə arasında 39-cu yerə yüksəlib.  Bu il Azərbaycanın daha yaxşı nəticələr göstərdiyi sahələr sırasına innovasiya potensialı, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət xidmətlərinin göstərilməsi sahəsində islahatlar və makroiqtisadi sabitlik daxildir. Bütün bu dəyişikliklər dolayısıyla ölkənin KQİ nəticəsinin artmasına gətirib çıxarmışdır. Digər tərəfdən, KQİ-nin istinad etdiyi başqa hesabatda - Freedom House tərəfindən hazırlanmış 2014-cü il üzrə Nations in Transit (Keçid dövrü Ölkələri) hesabatında Azərbaycanın mövqeyi geriləyib.