Azərbaycan milli adları ilə Fransada ətirli şamlar istehsal olundu - Video

azerbaycan-milli-adlari-ile-fransada-etirli-samlar-istehsal-olundu
Oxunma sayı: 1992

Milli və müassir ətirləri ilə diqqət çəkən Mugham Parfume Evi yeni növ məhsulunu - ətirli şam kolleksiyasını təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, Fransanın Qras şəhərində eynilə parfümlərdə olduğu kimi “Humayun”, “Segah”, “Chahargah”, “Shur”, “Bayatı-Shiraz”, “Shushtar”, “Rast” və “Karabakh Bouquet – 1752” adlı şamlar hazırlanıb.

Şamların hər biri çəkisi 180 qram olmaqla, brendin loqosu olan nəfis karton qablaşdırmadadır. Seçilən fransız sənətkarları tərəfindən yaradılan şamlar ən yüksək standartlara cavab verən sertifikatlaşdırılmış lüks üzvi maddələrdən ibarətdir.

Ən önəmlisi isə Qarabağın özünəməxsus çiçək notları - ağac, müşk, vanil və digər şərq inqrediyentlərinin ahəngindən hazırlanıb. Ətirli şamlar 50 saata qədər yanaraq xoş atmosfer yaradır.