Azərbaycan ukraynalılara növbəti humanitar yardım göndərir - Fotolar

azerbaycan-ukraynalilara-novbeti-humanitar-yardim-gonderir
Oxunma sayı: 2644

Ukraynada yaşanan böhran nəticəsində Moldova ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən, təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman vasitələrindən ibarət humanitar yardım bugün Moldovaya yola salınıb.

“Qafqazinfo” xəbər verir ki, məbləği 1,7 milyon manatdan artıq olan 29 tonluq humanitar yardımın Kişinyov hava limanına çatdırılması üçün təyyarə bu gün saat 10:00-da Moldova və Ukraynanın ölkəmizdəki diplomatik nümayəndələrinin iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıb.

Qeyd edək ki, bu, Azərbaycandan müharibədən əziyyət çəkən ölkəyə göndərilən sayca 3-cü humanitar yardımdır. Belə ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə rəhbərliyinin tapşırığı ilə cari ilin 27 fevral və 12 mart tarixlərində Azərbaycan tərəfindən Ukraynaya dərman vasitələri, tibbi sərf, cihaz və avadanlıqlardan, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21,5 milyon manat olan (11,5 milyon avrodan artıq) 520 tona yaxın humanitar yardım göndərilib.

Fotolar: Pərvin Zeynal

Həmçinin oxuyun: “Məni təhqir edirdi” - Çörək sexindəki ölümün təfərrüatı