Azərbaycan Ukraynaya 20 ton yanacağı belə göndərdi - Video

azerbaycan-ukraynaya-20-ton-yanacagi-bele-gonderdi
Oxunma sayı: 3052

Azərbaycanın Ukraynaya 20 ton yanacaq göndərməsi ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi feysbuk hesabı məlumat verib.

Məlumatda bildirilib ki, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən bu ölkəyə yanacaq göndərilib.