Azərbaycan Universitetinin nümayəndələri Almaniyada təcrübə mübadiləsində - Fotolar

azerbaycan-universitetinin-numayendeleri-almaniyada-tecrube-mubadilesinde
Oxunma sayı: 123

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının nümayəndə heyəti Almaniyaya təcrübə mübadiləsinə yollanıb.

“Qafqazinfo” xəbər verir ki, səfərdə Sosial işin təşkili kafedrasının müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Nigar Şahhüseynbəyova, kafedranın müəllimləri Aynur Bünyatova, Sara Ağayeva, Ülviyyə Mirzəyeva və Ayxan Şahbazsoy, Sosial - Psixoloji Tədqiqat və Məsləhət Mərkəzinin müdiri Aygün Muradlı iştirak edirlər.

Səfərin məqsədi sosial iş, inklüziv təhsil, əlilliyi olan şəxslərə dəstək xidmətləri, sosial reabilitasiya və peşə hazırlığı sahələrində Almaniya təcrübəsini öyrənmək, həmçinin ali təhsil müəssisələri və sosial xidmət təşkilatları ilə akademik və institusional əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Nümayəndə heyətinin Düsseldorf, Köln, Bohum və Dortmund şəhərlərində yerləşən bir sıra ali təhsil müəssisələri və təşkilatlara səfəri nəzərdə tutulur. Onlar Düsseldorf Tətbiqi Elmlər Universiteti, Köln Universiteti, Evangelische Hochschule Bochum, Dortmund Peşə Təhsili Fondu və Caritasverband Dortmund e.V. təşkilatının fəaliyyəti ilə tanış olacaqlar.

Görüşlər zamanı sosial iş və inklüziv təhsil sahələrində tətbiq olunan yanaşmaların, sosial xidmətlərin təşkili və əlilliyi olan şəxslərin dəstəklənməsi üzrə modellərin öyrənilməsi, eləcə də birgə akademik təşəbbüslər və institusional əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır.