Paytaxtda avtoxuliqanlıq edən daha bir sürücü həbs olunub.
“Qafqazinfo” Bakı şəhər DYP İdarəsinə istinadən xəbər verir ki, “VAZ 2107” markalı, 90-KK-071 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rüfət Mustafazadə Bakı Şəhər BPİ DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Belə ki, o, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla R.Mustafazadə inzibati qaydada həbs edilib.
Son xəbərlər
Son Xəbərlər