Azərbaycan “Uşaq Avroviziyası-2023”də iştirak etməyəcək

azerbaycan-usaq-avroviziyasi-2023de-istirak-etmeyecek
Oxunma sayı: 1682

Avqustun 29-da “Uşaq Avroviziyası-2023” beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytında yarışmada 16 ölkənin iştirak edəcəyi elan olunub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan sözügedən siyahıda yoxdur.

Bu il müsabiqədə Estoniya debüt edəcək. Qazaxıstan 2018-ci ildən, Serbiya isə 2014-cü ildən bəri ilk dəfə “Uşaq Avroviziyası”nda iştirak etməyəcək.

Xatırladaq ki, bir müddət əvvəl “Eurofestivales” bloqu Azərbaycan nümayəndə heyətinin başçısı Vasif Məmmədova istinadən Azərbaycanın “Uşaq Avroviziyası”nda iştirakdan imtina etdiyini yazmışdı. İmtinanın səbəbi açıqlanmamışdı. İTV tərəfindən isə hər hansı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Azərbaycan sözügedən müsabiqədə ilk dəfə 2012-ci ildə, sonuncu dəfə isə 2021-ci ildə iştirak edib. 2022-ci ildə müsabiqə İrəvanda keçirilmişdi.

“Uşaq Avroviziyası” bu il noyabrın 26-da Fransanın Nitsa şəhərində keçiriləcək.