Azərbaycan və İranın XİN rəhbərlərinin telefon danışığı oldu

azerbaycan-ve-iranin-xin-rehberlerinin-telefon-danisigi-oldu
Oxunma sayı: 2475

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.