Azərbaycan və Rusiya XİN rəhbərləri görüşdü - Yenilənib

azerbaycan-ve-rusiya-xin-rehberleri-gorusdu
Oxunma sayı: 1856

Türkiyədə Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında paylaşıb.

Görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

***

Azərbaycan XİN nazirlərin görüşü barədə məlumat yayıb. 

Bildirilir ki, görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov Azərbaycanın sülh səyləri, eləcə də sülh prosesinin cari vəziyyəti və ölkəmizin baxışları barədə qarşı tərəfi məlumatlandırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.