Azərbaycan və Türkiyə hərbi ekspertləri görüşdü

azerbaycan-ve-turkiye-herbi-ekspertleri-gorusdu
Oxunma sayı: 1411

Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, görüşdə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi, qardaş ölkənin hərbi qanunvericilik aktlarının Azərbaycanın qanunvericiliyinə inteqrə edilməsi, döyüş və əməliyyat şəraitində beynəlxalq hüquq və konvensiyaların tətbiq edilməsi mexanizminin hazırlanması mövzularında ətraflı müzakirələr aparılıb.

Həmçinin hərbi hüquqşünasların xidməti fəaliyyətində qabaqcıl təcrübənin öyrənilməsi, onların xaricdə təhsili, habelə ikitərəfli əməkdaşlığın gələcək perspektivləri və bir sıra digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.