Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar - Vəziyyəti ağırdır

azerbaycan-vetendasini-doyub-eyvandan-atdilar
Oxunma sayı: 3403

Türkiyənin Sakarya vilayətinin Arifiye qəsəbəsində Azərbaycan vətəndaşına ağır xəsarətlər yetirilib.

“Qafqazinfo” yerli mediaya istinadən xəbər verir ki, Fatih məhəlləsində naməlum şəxs və ya şəxslər 30 yaşlı S.A.-nı döyüblər.

Daha sonra eyvandan küçəyə atılan həmyerlimizi sakinlər görərək, təcili tibbi yardım çağırıblar.

Ağır kəllə-beyin və digər xəsarətlər almış gənc Sakarya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır.