Azərbaycan XİN Cənubi Koreyaya başsağlığı verdi

azerbaycan-xin-cenubi-koreyaya-bassagligi-verdi
Oxunma sayı: 1415

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Koreya Respublikasına başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlik tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Koreya Respublikasının Seul şəhərində baş vermiş faciəvi izdiham zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Koreya hökumətinə və xalqına başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmalarını diləyirik”.

Qeyd edək ki, ötən gün Seulun mərkəzində təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaranıb. Nəticədə 151 nəfər ölüb, 150-dən çox insan yaralanıb.