Azərbaycan XİN-dən tarixi qərarla bağlı - Açıqlama

azerbaycan-xin-den-tarixi-qerarla-bagli
Oxunma sayı: 6211

“Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında qeyd olunub.

“Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək”, - nazirliyin paylaşımında bildirilir.