Azərbaycan XİN Misirə başsağlığı verdi

azerbaycan-xin-misire-bassagligi-verdi
Oxunma sayı: 1309

Azərbaycan Xarici İşlər Nazirliyi Misirə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan XİN-in tviter səhifəsində paylaşım edilib.

“Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı veririk. Yaralılara tez şəfa diləyirik”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, dünən Misirdə kilsədə yanğın baş verib.