Azərbaycana qar yağacaq - Xəbərdarlıq

azerbaycana-qar-yagacaq
Oxunma sayı: 16772

Hava ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, noyabrın 14-ü günün ikinci yarısından 15-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə noyabrın 14-ü gündüzdən 16-dək bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.

Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.