Azərbaycanda 2 futbolçu danışılmış oyunlara görə ömürlük diskvalifikasiya edildi

azerbaycanda-2-futbolcu-danisilmis-oyunlara-gore-omurluk-diskvalifikasiya-edildi
Oxunma sayı: 4316

Azərbaycanda 2 futbolçu danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya edilib.

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, MOİK klubunun üzvləri Fərmayıl Əliyev və Emin Mehtiyev futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.

Həmçinin oxuyun: “Его творчество всегда высоко ценилось в Азербайджане” - Полад Бюльбюль оглы о Вахтанге Кикабидзе

Tərəflər bu qərarı aldıqdan sonra 15 (on beş) gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına apellyasiya şikayəti verə bilərlər.

Emin Mehtiyev peşəkar karyerasına 2010-cu ildə “Neftçi”də başlayıb. O, 2015-ci ilə qədər paytaxt klubunun şərəfini qoruyub. 2015-2017-ci illərdə “Sumqayıt”da, 2017-2018-ci illərdə “Səbail”də çıxış edib. Daha sonra “Qaradağ Lökbatan”, Türkiyə aşağı liqa təmsilçisi “Niksar Bələdiyyəspor”da forma geyinib. Premyer Liqada sonuncu klubu isə “Keşlə” olub. Son çıxış etdiyi komanda birinci division təmsilçisi MOİK-dir. 

E. Mehtiyev Azərbaycanın müxtəlif yaşlılarında ibarət millilərində çıxış edib. O, həmçinin əsas yığmanınd da formasını geyinib. 

Fərmayıl Əliyev isə karyerasına 2013-cü ildə “Turan Tovuz”da başlayıb. O, daha çox division təmsilçilərində çıxışı ilə tanınıb. Ötən il isə Premyer Liqaya vəsiqə qazanan “Turan Tovuz”dan MOİK-də keçib