Azərbaycanda 3 nəfəri cərəyan vurub öldürdü

azerbaycanda-3-neferi-cereyan-vurub-oldurdu
Oxunma sayı: 2084

Naftalanda yerləşən sanatoriyada bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Möcüzəvi Naftalan” sanatoriyasında çalışan Goranboy rayon Tatarlı kənd sakini 1988-ci il təvəllüdlü Abbas Hüseynovu elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Oxşar hadisə Ağdaş rayonunda baş verib. 2014-cü il təvəllüdlü Yaqub Hacıyev yaşadığı Ağdaş şəhərindəki evin həyətində cərəyan vurması nəticəsində ölüb.

Bundan başqa dünən saat 13 radələrində Qusarın Aşağı Ləgər kənd sakini 1992-ci il təvəllüdlü Hacıverdi Səfərov həmkəndlisinə məxsus evdə təmir işləri görərkən elektrik cərəyanı vurmasından vəfat edib.

Hər üç faktla bağlı araşdırma aparılır.