Azərbaycanda 300 minlik qəza- - İki bahalı maşın toquşdu+Fotolar

azerbaycanda-300-minlik-qeza-
Oxunma sayı: 8114


Qəbələ şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə şahidlərinin oxu.az-a verdiyi məlumata görə, dekabrın 13-də Qəbələ şəhərində 10 KJ 200 dövlət nömrə nişanlı “Mercedes-Benz Gelandewagen” markalı avtomobil digər 10 BZ 555 dövlət nömrə nişanlı “Mercedes-Benz Gelandewagen”lə toqquşub.

Məlumata əsasən ciddi xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb.

Hadisə barədə məlumatı Qəbələ rayon Yol Polisi İdarəsindən təsdiq ediblər.

Qeyd edək ki, “Mercedes-Benz Gelandewagen” markalı avtomobilin orta qiyməti 120-150 000 ABŞ dolları təşkil edir.