Azərbaycanda dəhşətli qəzada 5 nəfər öldü – - Fotolar

azerbaycanda-dehsetli-qezada-5-nefer-oldu-
Oxunma sayı: 4474


“Qafqazinfo” xəbər verir ki, hadisə Yevlax – Bəhrəmtəpə yolunun Ağcabədi rayonunun Qaravəlli kəndindən keçən hissəsində baş verib. Qəza zamanı “Mercedess”, “BMW” və “Daevo Nexia” markalı maşınlar toqquşub. Qəza zamanı BMW markalı maşının sürücüsü Elgün Bəşirov və həmçinin digər avtomobildə olan 4 nəfər ölüb. Hadisə zamanı daha 5 nəfər ağır bədən xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. 

"Qafqazinfo" əməkdaşının hadisə yerindən çəkdiyi dəhşətli fotoları təqdim edirik.

Anar Həşimov