Bu günlərdə Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.
“Qafqazinfo” xəbər verir ki, səfir Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və burada təhsil alan özbək tələbələrlə görüşüb.
Görüş zamanı rektor Elmar Qasımov bildirib ki, Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutu və Buxara Dövlət Texniki Universiteti arasında imzalanmış ikili diplom, eləcə də mübadilə proqramları çərçivəsində Bakı Ali Neft Məktəbində ümumilikdə 25 özbək tələbə təhsil alır.
Elmar Qasımov gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsinin, yay və qış məktəblərinin təşkilinin və tələbə sayının artırılmasının vacibliyini vurğulayıb.
Bakı Ali Neft Məktəbində yaradılan şəraiti yüksək qiymətləndirən səfir bildirib ki, Azərbaycanda ən çox özbək tələbə məhz Bakı Ali Neft Məktəbində təhsil alır. Səfir gələcəkdə bu göstəricinin daha da artacağına əminliyini ifadə edib.
Son xəbərlər
Son Xəbərlər