Azərbaycanda ərəb turistlərin olduğu avtobus aşdı - 20 yaralı + Video

azerbaycanda-ereb-turistlerin-oldugu-avtobus-asdi
Oxunma sayı: 7719

Azərbaycana gələn ərəb turistlər qəzaya düşüb. "Qafqazinfo" Region TV-yə istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İsmayıllı Muğanlı yolunda olub. Sürücünün idarəetməni itirməsi nəticəsində 90 VX 672 dövlət nömrə nişanlı "Hyundai" markalı mikroavtobus dərəyə aşıb. 

Qəza nəticəsində 2 nəfər həyatını itirib, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtobusdakı ərəb sərnişinlərin hamısı Qəbələdən Bakıya qayıdırmış.

Faktla bağlı araşdırma aparılır. 

***

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova yaralı turistlərin səhhəti ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, hadisədə 20 nəfər xəsarət alıb, 12 turist 1 saylı kliniki tibbi mərkəzə gətirilib: “ Onlardan 4-nə ambulator yardım göstərilib. Hazırda xəstəxanada iki nəfər qalıb. Vəziyyətləri orta ağırdır”.