Azərbaycanda həbsdə olan vaxt hamiləliyə görə müavinət veriləcək

azerbaycanda-hebsde-olan-vaxt-hamileliye-gore-muavinet-verilecek
Oxunma sayı: 1328


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, dəyişikliyə əsasən, Əsasnamədə həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət verilməməsini nəzərdə tutan müddəa ləğv edilib.

Bundan sonra həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət veriləcək.