Azərbaycanda “Həssaslıq”

azerbaycanda-hessasliq
Oxunma sayı: 676

“Qafqazinfo”nun məlumatına görə, mərkəz jurnalist Aynur Elgünəş və “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Günay Muradlı tərəfindən təsis edilib. 10 oktyabr 2006-cı ildə “Azərbaycan Respublikasının Gender bərabərliyinin təminatları haqqında” Qanunun qəbul edilməsinə baxmayaraq, KİV-də hələ də gender aspektinin nəzərə alınmadığını, mütəmadi olaraq gender bərabərliyinin pozulduğu, çox sayda boşluqların olması nəzərə çarpır. Bundan başqa, jurnalistlər həssas qrupla (narkoman , insan alveri qurbanı,əlil və.s) işləyərkən çox sayda etik pozuntulara yol verirlər. Bunu nəzərə alaraq yeni “Həssaslıq” Media Monitorinq Mərkəzi yaradılıb.

Media Monitorinq Mərkəzi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “Media Monitorinq” departamentininin metodiki bazasında yaradılıb. Mərkəzin əsas işi mediada gedən materialların monitorinqini aparmaq, tövsiyələr vermək, maarifləndirmə işi aparmaq və aylıq hesabatlar təqdim etməkdir. Eyni zamanda mərkəz nümayəndələri hüquqşünas, psixoloq, jurnalist və sosial işçilərə həssas qrupla işin asanlaşdırılması təlimləri, gender bərabərliyinin təminatı ilə bağlı mətbuatda PR işinin aparılması, jurnalistlərə müasir metodiki vəsaitin tədrisini də nəzərdə tutub.

Sədan