Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

azerbaycanda-iiv-e-yoluxanlarin-sayi-aciqlandi
Oxunma sayı: 1817

“Ötən 36 il ərzində Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 nəfər Azərbaycan vətəndaşı rəsmi qeydiyyata alınıb. Onlardan 6357-si (69,3%) kişi, 2810-u (30,7%) qadınlardır”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.

Onun sözlərinə görə, ölkəmizdə ilk dəfə İİV infeksiyasına yoluxma halı 1987-ci ildə aşkar edilib. Səhiyyə Nazirliyi tərəfindən risk qrupları arasında aparılan məqsədli fəaliyyət nəticəsində iilər ərzində İİV-infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. Region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyasının yayılma göstəricisi olduqca aşağıdır.

İİV-ə kimlərin yoluxa bilməsinə gəlincə isə həkim qeyd edib ki, cinsindən, yaşından, irqindən, sosial statusundan asılı olmayaraq, hər bir şəxs İİV-ə yoluxa bilər: “İİV-ə yoluxma daha çox profilaktik tədbirlərə əməl etmədikdə baş verir. Ölkəmizdə bu virusa yoluxma halları xüsusilə risk qrupları arasında daha çox yayılıb. Buna baxmayaraq, son illərdə təsadüfi, qoruyucsuz heteroseksual cinsi əlaqələr nəticəsində də yoluxma halları qeydə alınıb. Bu səbəbdən insanların İİV-ə yoluxmamaq üçün profilaktik tədbirlərə riayət etmələri olduqca vacibdir.

İİV-ə müayinələr Respublika QİÇS-lə Mübarizə Mərkəzində, Naxçıvan MR da daxil olmaqla, 12 regional laboratoriyalarda və könüllü müayinə məntəqələrində aparılır. İİV-ə müayinələr anonim qaydada, ödənişsiz, konfidensiallıq qorunmaq prinsipi ilə həyata keçirilir”.