Azərbaycanda iki Türkiyə vətəndaşı dəm qazından öldü - Yenilənib

azerbaycanda-iki-turkiye-vetendasi-dem-qazindan-oldu
Oxunma sayı: 3911

Goranboyda evdə iki nəfər dəm qazından zəhərlənərək ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Goranboy rayonu Qarasüleymanlı kəndində baş verib.

Hazırda ölən şəxslərin adları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Dəm qazından boğulub ölənlər Türkiyə vətəndaşlarıdır. Bunlar 1967-ci il təvəllüdlü Cavid Özoğlu və 1971-ci il təvəllüdlü Mustafa Zəngindir.

Məlumata görə, həmin şəxslər Yolçuyev Nüsrət İbrahim oğlunun evinə qonaq gəliblərmiş.