Azərbaycanda yeni turizm bölgəsi yaradılır - Sərəncam

azerbaycanda-yeni-turizm-bolgesi-yaradilir
Oxunma sayı: 8704

Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, sərəncama əsasən, Naxçıvanın Şahbuz rayonunda Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılacaq.

Naxçıvan Turizm Departamentinə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin turist marşrutuna daxil edilməsi və tanıdılması ilə bağlı tədbirləri görmək, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində  təbiətin qorunmasını və yaşıllıq sahələrinin genişləndirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.