“Azərbaycanda Zəfər deyil, səfərbərlik zamanıdır” - “Qalatasaray”

azerbaycanda-zefer-deyil-seferberlik-zamanidir
Oxunma sayı: 8459

“Can Azərbaycanda “Zəfər deyil, səfərbərlik zamanıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözlər Türkiyənin “Qalatasaray” futbol klubunun tvitter hesabında Bakı Olimpiya Stadionunda “Qarabağla” oynanılacaq matçla bağlı paylaşımında yer alıb.

““Qalatasaray”ımızın 26 mart, bazar günü saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) “Qarabağ” futbol komandası ilə Azərbaycanda oynayacağı və bütün gəlirlərinin zəlzələdə vətəndaşlarımıza bağışlanacağı qardaşların qarşılaşması üçün son 2 gün”, - paylaşımda bildirilib.

Qeyd edək ki, “Qarabağ”la “Qalatasaray” arasında keçiriləcək xeyriyyə oyununu Türkiyənin “Haber Global” televiziya kanalı canlı yayımlayacaq. Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın bilet satışından əldə ediləcək gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.