Azərbaycanın daha bir rayonunda zəlzələ oldu - Yenilənib

azerbaycanin-daha-bir-rayonunda-zelzele-oldu
Oxunma sayı: 9402

Yerli vaxtla saat 11:09-da İsmayıllı stansiyasından 6 km şimalda İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar episentirdə 4, digər yaşayış məntəqələrində 3 bal gücündə hiss olunub.

***

Azərbaycanın daha bir rayonunda zəlzələ olub. 

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy  stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss edilməyib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində də zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub.

Yeraltı təkanlar nəticəsində dağıntı və tələfat qeydə alınmayıb.