Azərbaycanın diaspor təcrübəsi yüksək qiymətləndirildi - Fotolar

azerbaycanin-diaspor-tecrubesi-yuksek-qiymetlendirildi
Oxunma sayı: 167

Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin 7-ci iclası çərçivəsində ikitərəfli görüşlər keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qazaxıstanın “Otandastar Fondu”nun prezidenti Daniyar Kadyrov və Özbəkistanın Millətlərarası Münasibətlər və Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Komitəsinin sədri Kahraman Sarievlə görüşüb. 

Görüşlərdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafından danışılıb, diasporlarımızın ortaq fəaliyyət imkanları müzakirə edilib. 

Özbəkistan və Qazaxıstan tərəfi Azərbaycanın diaspor təcrübəsini yüksək qiymətləndirdiklərini və bu təcrübədən faydalanmağın zəruriliyini diqqətə çatdırıblar. 

Əməkdaşlıq sahəsində dinamiklik müsbət dəyərləndirilib, Azərbaycan, özbək və qazax diasporlarının görüşlərinin təşkili ilə bağlı razılığa gəlinib.