Azərbaycanın məşhur bəstəkarı öldü - Yenilənib

azerbaycanin-meshur-bestekari-oldu
Oxunma sayı: 7887

Azərbaycanın xalq artisti Oqtay Zülfüqarov dünyasını dəyişib.

Qafqazinfo” xəbər verir ki, məşhur bəstəkar bu gün səhər saatlarında həyatını itirib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti O. Zülfüqarovun ölüm xəbərini təsdiqləyib.

Qeyd edək ki, xalq artistinin hər iki böyrəyinin fəaliyyəti dayanmışdı, üzün müddətdir ki, müalicə alırdı.

***

Nazirlikdən verilən məlumata görə, görkəmli bəstəkarla vida mərasimi bugün saat 13:00-da Təzəpir Məscidində keçiriləcək. Oqtay Zülfüqarov İkinci Fəxri Xiyabanda dəfn olunacaq.