Azərbaycanın milli ətir brendi “Mugham”ın Parisdə çəkilən videoçarxı - Video

azerbaycanin-milli-etir-brendi-mughamin-parisde-cekilen-videocarxi
Oxunma sayı: 2720

Azərbaycanın milli ətir brendi “Mugham” Parisdə çəkilən yeni videoçarxı təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bundan öncə “Mugham” brendinə məxsus digər reklam çarxları beynəlxalq səviyyəli modellərin iştirakı ilə Venesiya, Paris, Dubay, Monako, Moskva, İstanbul kimi böyük şəhərlərdə çəkilib, yerli və xarici telekanallar, online xəbər portalları vasitəsilə geniş auditoriyaya nümayiş etdirilib.

Qeyd edək ki, “Mugham” ətirləri və şamları nadir və davamlı xammaldan hazırlanaraq satışa çıxarılır. Fransada istehsal edilən “Mugham” parfüm brendinin “Karabakh Bouquet -1752” ilə yanaşı, muğamın 7 növü - "Rast", "Shur", "Segah", "Chahargah", "Bayati -Shiraz", "Shushtar" və "Humayun"un adını daşıyan ətir və şam çeşidləri var.

“Mugham” hər kəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edir.