Tovuzda kollec direktorunun müavini işdən çıxarıldı

tovuzda-kollec-direktorunun-muavini-isden-cixarildi
Oxunma sayı: 1339

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktor müavini Nuranə Ələkbərova işdən çıxaırılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilib ki, kollecdə tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb. Yoxlamanın nəticəsi olaraq Agentliyinin 06.05.2024-cü il tarixli əmri ilə tədris işləri üzrə direktor müavini Nuranə Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl kollecə Hicran Əyyubova direktor təyin olunmuşdu.