“Bu gün əldə etdiyimiz uğurun banisi ümummilli liderimizdir”

bu-gun-elde-etdiyimiz-ugurun-banisi-umummilli-liderimizdir
Oxunma sayı: 660

“Bu gün əldə etdiyimiz iqtisadi uğur, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinin banisi ümummilli liderimizdir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramlı Milli Məclisin plenar iclasında bildirib.

“Milli liderimizin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycan iqtisadiyyatının yenidən bərpa edilməsinə və 1993-cü ildə müşahidə edilən tənəzzülün qısa zamanda aradan qalxmasına gətirib çıxardı. O vaxt Azərbaycanın ÜDM-si cəmi 375 milyon manat, büdcə gəlirlərimiz isə cəmi 100 milyon manat idi. 

Çox qısa zamanda ÜDM-dəki yəni iqtisadiyyatdakı tənəzzülün qarşısı alındı və 1996-cı ildən ÜDM-dəki artım sonrakı dövrlərdə də sürətli iqtisadi artıma çevrildi. ÜDM çox qısa zamanda 4,5 dəfə artdı. Yəni Azərbaycan bir neçə il ərzində 5 dəfəyə yaxın böyüdü. İqtisadi artımın isə 2022-ci ildə 6,1 milyard manata qədər böyüməsinə gətirib çıxardı”, - deputat qeyd edib. 

Zaur Mirzə