Fitsonun Azərbaycana səfəri başa çatdı

fitsonun-azerbaycana-seferi-basa-catdi
Oxunma sayı: 1269

Slovakiya Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri mayın 7-də başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.