Sabunçuda Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert təşkil edildi - Fotolar

sabuncuda-heyder-eliyevin-anadan-olmasinin-101-illiyine-hesr-olunmus-konsert-teskil-edildi
Oxunma sayı: 1165

Bu gün Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin (BMM) tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun iştirakı ilə Bakı Gənclər Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.

Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, YAP Sabunçu rayon təşkil­atının sədri Araz Xu­dadanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər­ləri, Rayon İcra Hak­imiyyəti başçısının müavinləri, Rayon İc­ra Hakimiyyəti başçı­sı aparatının məsul əməkdaşları, bələdiyyə sədr­ləri, Vətən müharibə­si iştirakçıları, qa­zilər, şəhid ailələr­i və rayon ictimaiyyətin­in digər nümayəndələ­ri iştirak edirdilər.

İlk olaraq tədbir iş­tirakçıları Ümummilli lider Heydər Əliye­vin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehti­ramla yad ediblər. Dövlət Himni səsləndirildikdən son­ra tədbir iştirakçıl­arı ölkəmizin azadlı­ğı və ərazi bütövlüyü uğrunda qəhrəmanca­sına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiq­əlik sükutla yad edib.

Konsert proqramı Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ilə başlayıb dahi bəstəkarın “Ey, Vətən” əsəri ilə yekunlaşıb. Ü.Hacıbəyli, C.Cahangirov və R.Mustafayevin bədii rəhbərliyi dövründə ifa edilən əsərləri özündə cəm edən proqramda, həmçinin müasir dövrün yeni işləmələri, xarici bəstəkarların əsərləri ilə sintez nömrələr də səsləndirilib.

Xorun bədii rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Yusifovadır.