Şəhidin yeganə qardaşı vəfat etdi - Fotolar

sehidin-yegane-qardasi-vefat-etdi
Oxunma sayı: 3028

Şəhid Cahangir Tağızadənin ailəsinə ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

Şəhidin yeganə qardaşı Elvin Tağızadənin iş yerində elektrik cərəyanı vurması səbəbilə vəfat etdiyi qeyd edilib. 

Mərhumun nişanlı olduğu, yaxın günlərdə toyunun olacağı bildirilib.

Qeyd edək ki, əslən Kəlbəcərdən olan 19 yaşlı Cahangir Tağızadə Qarabağda aparılan antiterror tədbirləri nəticəsində şəhid olub. O, Mingəçevir şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.