Onun oğlu 30 il sonra Mirşahinin qarşısına çıxdı - Video

onun-oglu-30-il-sonra-mirsahinin-qarsisina-cixdi
Oxunma sayı: 13676

Real TV-də Mirşahin Ağayevin müəllifi olduğu “Dumanın üç qatı” sənədli filmi nümayiş olunub.

“Qafqazinfo”nun məlumatına görə, tarixi kadrların yer aldığı sənədli film bir sıra maraqlı məqamlarla diqqət çəkib.

Bunlardan biri də şəhid Çingiz Cəfərovla bağlıdır. Məlum olub ki, 1992-ci ildə Kərkicahanda çəkiliş aparan Mirşahin Ağayevin təhlükəsizliyindən cavabdeh olan döyüşçü Çingiz Cəfərovun oğlu 30 ildən sonra telejurnalistin qarşısına çıxıb. Bu dəfə telejurnalisti oğul Cəfərov Kərkicahanadək müşayiət edib. Tanınmış jurnalist Emilin şəhid Çingiz Cəfərovun oğlu olduğunu yolda olarkən öyrənib.

Həmin sənədli filmi təqdim edirik: