Məşhur futbolçu Braziliyadakı daşqınlarda 100 nəfəri xilas etdi

meshur-futbolcu-braziliyadaki-dasqinlarda-100-neferi-xilas-etdi
Oxunma sayı: 2194

“Qremio”nun futbolçusu Dieqo Kosta Braziliyanın cənubunda baş vermiş dağıdıcı daşqınlarda 100 nəfərin xilas olunmasına kömək edib.

 “Qafqazinfo” xəbər verir ki, 35 yaşlı futbolçu daşqınlar zamanı sıxışan insanları təhlükəsiz yerə çatdırmaq üçün cip və jetskidən yararlanıb. O, xilasetmə işlərinə dostlarını da cəlb edib. 

Qeyd edək ki, Dieqo Kosta daha öncə “Atletiko” və “Çelsi” kimi klublarda çıxış edib.