Azərbaycan-Slovakiya sənədləri imzalandı - Foto

azerbaycan-slovakiya-senedleri-imzalandi
Oxunma sayı: 1146

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Baş naziri Robert Fitsonun iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin imzalanması mərasimi olub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar.

Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev və Slovakiya Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu”nu imzalayıblar.

Azərbaycan müdafiə naziri Zakir Həsənov və Slovakiya Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i imzalayıblar.