Azərbaycan Kubokunun qalibi bəlli oldu

azerbaycan-kubokunun-qalibi-belli-oldu
Oxunma sayı: 3091

Futzal üzrə Azərbaycan kubokunun qalibi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, “Araz-Naxçıvan” final matçında “Baku Fire” ilə üz-üzə gəlib.

Bakı İdman Sarayında keçirilən görüşün əsas hissəsi 5:5 hesabı ilə başa çatıb və oyun penaltilər seriyasına qədər uzanıb. Burada isə “Araz-Naxçıvan” 5:4 hesabı ilə qalib gələrək kuboka sahib olub.

Qeyd edək ki, "Araz-Naxçıvan" bu mövsüm Yüksək Liqanın da qalibi olub. "Baku Fire" isə ötən mövsüm Azərbaycan kubokunu qazanıb.