“Sərhəd dirəkləri Ermənistanın təhlükəsizlik zəmanətləridir”

serhed-direkleri-ermenistanin-tehlukesizlik-zemanetleridir
Oxunma sayı: 1234

“Tavuşdakı sərhəd dirəkləri Ermənistanın təhlükəsizlik zəmanətləridir”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib. 

Hazırda iki ölkə sərhədində həyata keçirilən delimitasiya və demarkasiya prosesindən danışan Paşinyan qeyd edib ki, bu gün Ermənistanda baş verənlər təhlükəsizlik zəmanətlərinin yaradılmasıdır: “Ölkə rəhbərliyi bu zəmanətlərin gücləndirilməsi və dirəklərin sayının artırılması üçün mümkün olan hər şeyi edəcək”.