İnauqurasiya mərasimindən sonra ilk onlarla görüşdü

inauqurasiya-merasiminden-sonra-ilk-onlarla-gorusdu
Oxunma sayı: 3686

Rusiya Prezidenti Vladimir Putin inauqurasiya mərasimindən sonra ilk görüşlərini - doktor Leonid Roşal və sinif rəhbəri Vera Qureviçlə keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Kremlin saytında məlumat verilib.

Uşaq Cərrahiyyəsi və Travmatologiyası Elmi-Tədqiqat İnstitutunun rəhbəri Roşal Putini vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və ona kitabını hədiyyə edib.

Cərrah dövlət başçısının fiziki durumunun çox yaxşı olduğunu da qeyd edib:

“Bu gün bu marafonda nəfəs darlığı hiss etmədən oradakı pilləkənləri “Kremlinin Birinci Binasını və Böyük Kreml Sarayını keçərək” qalxdınız”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün and içib.