Azərbaycanın Qarabağ bölgəsində mina-tələlər zərərsizləşdirilir - Fotolar+Video

azerbaycanin-qarabag-bolgesinde-mina-teleler-zerersizlesdirilir
Oxunma sayı: 1312

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Qarabağ bölgəsində ərazinin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə tədbirlər görür.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qozlukörpü-Həsənli yolunda xeyli sayda piyada və tank əleyhinə mina, həmçinin partlamamış döyüş sursatları aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Bundan başqa bölmələrimiz ərazidə aşkar etdikləri partladıcı qurğular və mina-tələlərini də zərərsizləşdirirlər.

Ərazilərin minalardan təmizlənməsi tədbirləri davam etdirilir.