“Azərbaycanın Qarabağın erməni sakinləri ilə bağlı hərtərəfli planı var”

azerbaycanin-qarabagin-ermeni-sakinleri-ile-bagli-herterefli-plani-var
Oxunma sayı: 1458

“Azərbaycanın Qarabağın erməni sakinlərini təhlükəsiz və daha yaxşı yaşayış şəraiti ilə təmin etmək üzrə hərtərəfli planı var”.

“Qafqazinfo” xəbər verir ki, bunu “CBC News”a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, onlar istəyəcəkləri təqdirdə ərazidən getməkdə sərbəstdirlər: “Biz onların qalmasını istərdik. Azərbaycan sakinlərə təhlükəsizliklərinin təmin ediləcəyi ilə bağlı çağırışlara davam edir”.